Azərbaycanda AĞIR QƏZA: “Ford” “KamAZ”a ÇIRPILDI: XƏSARƏT ALAN VAR - VİDEO
Tarix: 30-04-2024, 15:00
Baxılıb: 68
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycanda AĞIR QƏZA: “Ford” “KamAZ”a ÇIRPILDI: XƏSARƏT ALAN VAR - VİDEO

30-04-2024, 15:00

Hacıqabul rayonunun Atbulaq kəndindən keçən ərazidə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Reportyor.tv oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkədə videogörüntü yayımlanıb.

Məlumatda bildirilir ki, qəza "Ford Transit" markalı nəqliyyat vasitəsinin "KamAZ" markalı nəqliyyat vasitəsinə çırpılması nəticəsində baş verib.

İdarənin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə Şöbəsinin rəisi Rövşən Tağıyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sözügedən hadisə sürücünün idarəetməni itirməsi səbəbindən baş verib:

"30 aprel tarixində səhər saat 04:00 radələrində Bakı-Qazax-Gürcüstan dövlət sərhəddi yolunun 75-ci km-də Mehman Məmmədhüseynzadənin idarə etdiyi "Ford Transit" markalı 77-KB-973 nömrə nişanlı nəqliyyat vasitəsinin öndə hərəkət edən Nəbi Alşanovun idarə etdiyi "KamAZ" markalı 36-BB-908 nömrə nişanlı yük avtomobilinə çırpılması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

"Hadisə "Ford Transit" markalı nəqliyyat vasitəsinin sürücüsünün idarəetməni itirməsi səbəbindən baş verib. Nəticədə "Ford Transit" markalı avtomobilin sərnişini 2005-ci il təvəllüdlü Əmrah Vəliyev xəsarət alıb. Hazırda faktla bağlı araşdırma aparılır".

Videonu təqdim edirik:



Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ