Məşhur kahin seçkilərdə kimin qalib gələcəyini açıqladı: İndiyə qədər yanılmayıb
Tarix: 30-04-2024, 14:01
Baxılıb: 176
Google+ Paylaş
Tumblr Paylaş

Məşhur kahin seçkilərdə kimin qalib gələcəyini açıqladı: İndiyə qədər yanılmayıb

30-04-2024, 14:01


1984-cü ildən bəri ABŞ-da keçirilən hər prezident seçkilərinin nəticəsini düzgün proqnozlaşdıran tarixçi Allan Lixtman hazırkı prezident Co Baydenin noyabrda Donald Trampa qalib gələcəyini iddia edib.

Publika.az xəbər verir ki, Vaşinqtondakı Amerika Universitetinin tarix professoru Allan Lixtman “13 açar” adlandırdığı sistemlə prezidentliyə namizədlərin uğur ehtimallarını hesablayır.

Lixtman qeyd edir ki, onun texnikası sorğulara və ya namizədlərin təşviqat fəaliyyətinə deyil, yalnız tarixi faktorlara əsaslanır. “13 açar” siyahısına iqtisadiyyatdan hərbi nailiyyətlərə, lider xarizmasından tutmuş partiyadaxili rəqabətə qədər müxtəlif meyarlar daxildir.

Bayden seçkilərə 8 ay qalmış keçirilən sorğularda rəqibi Trampdan geridə olsa da, professorun fikrincə, işlər hələ də ABŞ prezidentinin xeyrinədir. Lixtman bildirir ki, Baydenin itirməsi üçün 13 açardan ibarət siyahıdan daha 6 maddə aşağı düşməlidir. Başqa sözlə, Baydenin Trampa uduzması üçün qarşıdakı dövrdə daha ​​çox səhvlərə yol verməsi lazımdır.

Amerikanın CNN telekanalının son sorğusu hazırkı prezident Co Baydeni rəqibi Trampı geridə qoyan göstəricilərə yenisini əlavə edib. Sorğunun nəticələrinə görə, amerikalıların 55 faizi Trampın 2016-2020-ci illərdə prezidentliyinin uğurlu olduğunu bildirib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ