Vəzifəli şəxsin oğlunun üzərinə benzin töküb yandırdığı qadın öldü
Tarix: 30-04-2024, 11:20
Baxılıb: 65
Google+ Paylaş
Tumblr Paylaş

Vəzifəli şəxsin oğlunun üzərinə benzin töküb yandırdığı qadın öldü

30-04-2024, 11:20


Tovuzda üzərinə benzin tökülərək yandırılan qadın Respublika Yanıq Mərkəzində vəfat edib.
Bir neçə gün əvvəl ağır yanıq xəsarətləri ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasından Bakıya gətirilən 1990-cı il təvəllüdlü Türkanə Məmmədova dünən dünyasını dəyişib.
Qeyd edək ki, hadisə aprelin 19-da Tovuz rayonunun Aşağı Quşçu kəndində yerləşən kafelərin birinin yaxınlığında qeydə alınıb. Rayon sakini 2002-ci il təvəllüdlü Röyal Tağıyevin kafedə çalışan tanışı, Şəmkir rayon sakini T. Məmmədovanın üzərinə benzin tökərək yandırdığı bildirilib. Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, R. Tağıyev polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.
        Röyal Tağıyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz Rayon Şöbəsinin keçmiş müdiri Rasim Tağıyevin oğludur. Rasim Tağıyev hadisə vaxtı qadının özünün özünü yandırdığını iddia edib.




Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ