Türkiyədən KRİTİK QARABAĞ AÇIQLAMASI
Tarix: 29-11-2020, 21:56
Baxılıb: 2 939
Google+ Paylaş
Tumblr Paylaş

Türkiyədən KRİTİK QARABAĞ AÇIQLAMASI

29-11-2020, 21:56

Noyabrın 11-də Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarla rusiyalı həmkarı Sergey Şoyqu arasında Qarabağda monitorinq üzrə mərkəzin yaradılması haqqında imzalanmış memoranduma uyğun olaraq iki ölkə arasında əlaqələr davam edir.
Publika.az "Anadolu" Agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin nümayəndəsi Pınar Karanın bəyanatında deyilir.
O qeyd edib ki, Azərbaycan Ordusu sentyabrın 27-də başladığı əks-hücum əməliyyatı çərçivəsində Cəbrayıl, Fizuli, Zəngilan və Qubadlı rayonlarını, kənd və qəsəbələri, strateji yüksəklikləri azad edib. Noyabrın 10-da nail olunmuş üçtərəfli razılıq çərçivəsində digər 2 rayon Azərbaycana qaytarılıb.
Azərbaycan Ordusu noyabrın 25-dən Kəlbəcəri minalardan təmizləyir. Dekabrın 1-dən işğal altındakı Laçın rayonu da Azərbaycana qaytarılacaq.
"Türkiyə bütün imkanları ilə Azərbaycanı onun haqlı mübarizəsində dəstəkləməyə davam edəcək", - deyə Pınar Kara vurğulayıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ