Kosaçevdən ŞOK AÇIQLAMA: Bu, müharibəyə səbəb olacaq
Tarix: 29-11-2020, 10:51
Baxılıb: 1 795
Google+ Paylaş
Tumblr Paylaş

Kosaçevdən ŞOK AÇIQLAMA: Bu, müharibəyə səbəb olacaq

29-11-2020, 10:51

“Möhsün Fəxrizadənin öldürülməsi Yaxın Şərqdə böyük bir müharibəyə səbəb ola bilər”.
Publika.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının Beynəlxalq işlər komitəsinin sədri Konstantin Kosaçev qeyd edib.
“Bu cinayətin arxasında kim dayanırsa dayansın, mütləq şəkildə İranın sərt reaksiya göstərməsini və bölgədəki vəziyyəti dəyişməyə hədəfləyən bir terror hücumu kimi qələmə vermək olar. Bu səbəbdən hazırda bir çox şey əlbəttə ki, İranın bu qətllə bağlı istintaqının obyektivliyi və reaksiyasından, beynəlxalq ictimaiyyətin münasibətindən asılıdır”, - K.Kosaçev vurğulayıb.
ABŞ mətbuatında yer alan döyüş gəmiləri qrupunun İran körfəzinə qayıtmaq üçün əmr verilməsi xəbərini xatırladan Kosaçev, bu əmrin Fəxrizadə sui-qəsdindən əvvəl verildiyini və ABŞ Mərkəzi Komandanlığının ötən həftə təcavüzün qarşısını almaq, təhlükəsizlik və sabitliyi təmin etmək üçün F-16 donanmasının Almaniyadan BƏƏ-yə göndəriləcəyini bildirib.
“Bütün bunlar görkəmli nüvə aliminin ölümü kimi bir qığılcıma ehtiyac olan genişmiqyaslı müharibənin hazırlığına dəlalət edir. Bütün bunlar nəticələri gözlənilməz, lakin tamamilə neqativ olan təhlükəli oyunlardır”, - komitə sədri əlavə edib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ