Prezidentin Xankəndidən verdiyi mesajların şifrələri – Məşhur general SENSASİON DETALLARI açdı
Tarix: 22-12-2023, 23:27
Baxılıb: 332
Google+ Paylaş
Tumblr Paylaş

Prezidentin Xankəndidən verdiyi mesajların şifrələri – Məşhur general SENSASİON DETALLARI açdı

22-12-2023, 23:27

“Dünən Azərbaycan tarixində önəmli bir gün yaşandı. Ağdamın “Qarabağ” klubu MOİK-lə Xankəndi şəhərində qarşılaşdı. Eyni zamanda, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalıda, Xankəndidə abadlaşdırma işləri ilə yaxından tanış olaraq gələcək dönəmə yönəlik hədəfləri və baxışı ortaya qoydular”.
Bu fikirləri Musavat.com-a açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, istefada olan general Yücel Karauz deyib.
KARAUZ.jpeg (233 KB)
General bildirib ki, Prezident İlham Əliyev Xankəndi stadionunda siyasi akademiyalarda dərs kimi keçilməsi vacib olan tarixi çıxış etdi:
“Bu çıxış artıq Azərbaycan torpaqlarında separatçılıq mövzusunun gündəmə gələ bilməyəcəyini, Qarabağın Ermənistan olduğunu ifadə edənlərə qarşılıq ötən 3 ildə Qarabağ Azərbaycandır! şüarının siyasi tarixə bir son nöqtə olaraq qoyulduğunun ifadəsidir. Cənab Prezidentin zəfərin ordu-xalq-dövlət birliyi sayəsində əldə olunduğunu ifadə etməsi çox önəmlidir. İlham Əliyev Xankəndi stadionunda qarşılaşan klubların sıradan klub olmadığını, zəfəri gətirən, 28 illik işğala son qoyan ruhun təmsil edildiyi klubların oynadığını ifadə etdi. Eyni zamanda, sülhü əngəlləməyə çalışan qüvvələrə çox önəmli mesajlar verərək Azərbaycanın öz imkanları ilə və Dəmir Yumruqla ədaləti bərpa etdiyini, sülhə gedən yolu kimsənin əngəlləyə bilməyəcəyini ifadə etdi. Prezidentin abadlaşdırma işlərinin yüksək sürətlə davam edəcəyini bildirməsi də çox önəmlidir”.
PREZ SON.jpg (348 KB)
Yücel Karauz xatırladıb ki, Prezident İlham Əliyev tarixə vurğu edərək Xankəndinin təməlinin Qarabağ xanı tərəfindən qoyulduğunu, Xankəndidəki abidənin memarının 28 il boyunca ermənilər tərəfindən təhrif edilməyə çalışıldığını, amma nəticədə onların uğursuzluğa düçar olduqlarını bildirdi:
“Xankəndidən bütün dünyaya, bölgəyə çox böyük mesajlar verildi. Prezident İlham Əliyevin qalxan Dəmir Yumruğu sadəcə havaya qalxan yumruq deyil, ordu-xalq birliyinin, Azərbaycana zəfər qazandıran və onun ərazi bütövlüyünü əbədi təmin edəcək gücün dünyaya bir mesaj olaraq verilməsidir. Bu, həm qarşıdakı dövrdə bölgəni qarışdırmaq, sülhə əngəl olmaq istəyənlər, həm də Azərbaycanın Cənubi Qafqazın ən güclü dövləti, Azərbaycan ordusunun Cənubi Qafqazın ən güclü ordusu olduğunu ortaya qoymaq baxımından, Azərbaycanın haqq davasının dünyaya çatdırılması, qərarlılığının, cəsarətinin və inamının ortaya qoyulması baxımından tarixi mesaj oldu.
Azərbaycan yeganə dövlətdir ki, həm savaşıb, qalib gəlib, həm də 28 illik terrorizmi darmadağın edərək azad edilən əraziləri yaşana biləcək bir vəziyyətə gətirib. Belə ölkələr çox azdır. Onların birincisi Azərbaycan dövlətidir”.
SEHİDİMİZ.jpg (121 KB)
Generalın sözlərinə görə, digər önəmli mesaj Prezident İlham Əliyevin matçı şəhid övladları ilə izləməsidir:
“Bu da şəhid övladlarının Azərbaycan xalqına əmanət olduğu, Ali Baş Komandanın onları bir övladı, nəvəsi kimi bağrına basdığı, qoruyacağını göstərməsi baxımından, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, şəhid övladlarına göstərmiş olduğu qiymət və qayğı baxımından çox önəmlidir”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ