"Omikron" dünyanı necə dəyişəcək? - ÜST ən son yenilikləri elan etdi
Tarix: 24-01-2022, 14:52
Baxılıb: 578
Google+ Paylaş
Tumblr Paylaş

"Omikron" dünyanı necə dəyişəcək? - ÜST ən son yenilikləri elan etdi

24-01-2022, 14:52

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Maria van Kerkxove xəbərdarlıq edib ki, dünyada "omikron"dan daha yoluxucu olacaq yeni bir koronavirus ştamı yarana bilər. Onun fikrincə, virusun yeni variantı nə qədər çox dövr edirsə, bir o qədər də dəyişikliklərə məruz qalır.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Kerkxove yeni ştamların daha yoluxucu olacağını söyləyib, çünki onlar hazırda yayılan variantlarla rəqabət aparmalıdır. Eyni zamanda mütəxəssis "delta" variantı ilə müqayisədə xəstəliyin daha yüngül gedişatına görə omikronu COVID-19-un zəif ştammı hesab etməməyə çağırıb.
Yanvarın 21-də məlum olub ki, dünyada gündə 3 milyon 777 min 104 nəfərdə COVID-19-a yoluxma qeydə alınıb ki, bu da pandemiyanın başlanğıcından bəri rekord gündəlik göstəricidir.
Eyni zamanda 24 saat ərzində COVID-19-dan 8741 nəfər dünyasını dəyişib. Ən çox yoluxanlar ABŞ, Hindistan və Fransada olub.
Təşkilat SARS-CoV-2 koronavirusunun tədricən endemik hala gəldiyini bildirib. Endemik xəstəlik bir bölgədə yayılmış bir xəstəlikdir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ