Həkimlərdən SOS: Uşaqlar arasında qızılca artır, daha bir neçə virus yayılıb...
Tarix: 22-12-2023, 15:04
Baxılıb: 113
Google+ Paylaş
Tumblr Paylaş

Həkimlərdən SOS: Uşaqlar arasında qızılca artır, daha bir neçə virus yayılıb...

22-12-2023, 15:04

Son vaxtlarda qızılcaya yoluxma hallarının sayında artım var.
Musavat.com xəbər verir ki, bunu bu gün Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov jurnalistlərə açıqlamasında deyib.
O xatırladıb ki, Azərbaycan 2015-ci ildə qızılcanın endemik region olmadığı haqqında Ümumdünya Səhiyyə Təşkilatının verdiyi sənədə malikdir:
16705762553266653943_1200x630.jpg (75 KB)
"Yəni Azərbaycanda qızılcaya yoluxma halı başqa ölkədən gətirilmə ilə mümkündür. 2023-cü ilin aprel ayında Azərbaycanda yoluxma halları müşahidə olunmağa başladı. Lakin əhalinin ya xəstəliyi keçirmə, ya da peyvənd olunmaqla qazanılmış immuniteti varsa, bu zaman infeksiya başqa ölkədən gətirilsə belə, yoluxma olmamalıdır. Hazırkı yoluxma hallarının sayının artması isə onu göstərir ki, pandemiya dövründə və öndən əvvəlki dönəmdə peyvənddən əsassız yayınma halları olub".
O bildirib ki, peyvənd təqviminə uyğun olaraq uşaqlar peyvənd olunarlarsa, yoluxma halları baş vermir:
"Bu gün baş verən hallar müşahidə edilərkən görürük ki, onların böyük əksəriyyəti ya peyvənd almayanlardır, ya da bir dəfə peyvənd olunan şəxslərdirlər".
Pediatr Vaqif Qarayev isə bildirib ki, uşaqlar arasında səpkili infeksiyalardan -qızılcadan başqa su çiçəyi də yayılıb:
78210adb4a4e9fb853a7c9b8250c5419.jpg (22 KB)
“Son vaxtlar qızdırma fonunda tutma şəkilli öskürəklə müşayiət olunan xəstəlik də yayılıb. Bu, mövsümi virus ola bilər. Amma göyöskürək də yayılıb. Bağça və məktəblərdə nəzarət gücləndirilməlidir ki, infeksiyalar idarəolunan səviyyədə qalsın. Eyni zamanda, peyvəndlə bağlı maarifləndirmə işləri daha da gücləndirilməlidir”.
Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini Aydın Əliyev də mövzu ilə bağlı fikrini bildirib:
1678355358_aydn-alyev-radoloq-1.jpg (32 KB)
“Qızılca xəstəliyinin ağırlaşmalarından dünyasını dəyişən uşaqların heç biri qızılca virusuna qarşı peyvənd edilməmişdi. Peyvənd əleyhinə təbliğat aparıb, valideynləri öz uşaqlarını peyvənd etdirməkdən çəkindirənlər, çox təəssüflər olsun ki, onların arasında tibb işçiləri də var, indi siz o dünyasını dəyişən uşaqları geri qaytara bilərsinizmi? Təəssüf ki, yox. Əziz valideynlər, əgər hər hansı bir əks-göstəriş yoxdursa, uşaqlarınıza təqvim üzrə bütün peyvəndləri etdirin. Peyvənd həyat qurtarır”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ