Qadınların damarları kişilərə nisbətən tez qocalır - SƏBƏB
Tarix: 4-05-2020, 20:15
Baxılıb: 725
Google+ Paylaş
Tumblr Paylaş

Qadınların damarları kişilərə nisbətən tez qocalır - SƏBƏB

4-05-2020, 20:15

Qadınlarda qan damar sistemi daha tez zədələnib sıradan çıxır, nəinki kişilərdə. Ona görə də qadınlarda ürək-damar problemləri daha erkən yaşda başlayır və gedişatı kişilərdən fərqlənir. Bunu Harvard Universitetinin alimləri Jama cardiology dərgisində dərc etdirdikləri elmi məqalədə qeyd ediblər.
Medicina.az bildirir ki, alimlər 33 min insanın təzyiq göstəricilərini 43 il ərzində tədqiq ediblər. Onların 54%-i qadınlar təşkil edib. İştirakçıların yaşı 12-95 aralığında olub. Analizlər göstərib ki, bu, qadınlarda iri arteriyalarından tutmuş xırda kapilyarlara kimi daha erkən yaşda başlayır və kişilərdən sürətli gedir. Məsələn, yüksək təzyiq qadınlarda 28-30 yaşından başladıqda artıq 35 yaşına doğru ürək problemləri yaranır. Eləcə də təzyiqin qəfil yüksəlməsi zamanı infarkt və insult riski də qadınlarda çoxdur və bu zaman qadınları xilas etmək daha çətindir. 50 yaşından sonra qadınlarda hipertoniya riski menopauza ilə də əlaqədar olur.

Ona görə də alimlər həyəcan təbili çalaraq qadınların qan damar sisteminin qorunması və müalicəsinin önə çəkilməsini bildirir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ