Azərbaycanda çap mediasının dəstəklənməsi ilə bağlı strateji plan hazırlanıb
Tarix: 12-01-2023, 12:52
Baxılıb: 259
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycanda çap mediasının dəstəklənməsi ilə bağlı strateji plan hazırlanıb

12-01-2023, 12:52

“Çap mediasının inkişafı və rəqəmsal transformasiyanın dəstəklənməsi ilə bağlı strateji plan hazırlanıb və aidiyyəti üzrə təqdim edilib”.
“Report”un xəbərinə görə, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov 2022-ci il üzrə görülmüş işlərə dair hesabat konfransında deyib.
Onun sözlərinə görə, region mediasının inkişafı ilə bağlı da diaqnostik icmal hazırlanmaqdadır: “Onu da bildirim ki, milli məzmun, sosial reklam və ictimai faydalı elanların maliyyələşdirilməsi yolu ilə mediaya dəstək mexanizmləri barədə beynəlxalq təcrübənin təhlili və təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim edilib”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ