Peskov: “Ermənistan Azərbaycanın rəyini nəzərə almadan Aİ-nin müşahidə missiyasını dəvət edir”
Tarix: 20-03-2024, 14:24
Baxılıb: 28
Google+ Paylaş
Tumblr Paylaş

Peskov: “Ermənistan Azərbaycanın rəyini nəzərə almadan Aİ-nin müşahidə missiyasını dəvət edir”

20-03-2024, 14:24

"Ermənistan Azərbaycanın rəyini nəzərə almadan birtərəfli qaydada Avropa İttifaqının müşahidə missiyasını dəvət edir. Bu, onun effektivliyinə şübhə yarada bilər".
Reportyor.tv xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib.
"Məsələ müşahidənin predmetinin nədən ibarət olması və bu missiyanın Azərbaycan tərəfindən tanınıb-tanınmamasıdır. Mən şübhə edirəm ki, orada belə bir mandat anlayışla qarşılanacaq. Bu, İrəvanın birtərəfli qərarıdır. Belə bir missiyanın potensial effektivliyini şübhə altına almağa dəyər”, deyə Kremlin sözçüsü vurğulayıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ