Bakı-Ağstafa marşrutu üzrə əlavə 9 qatar reysi təyin edilib
Tarix: 20-03-2024, 12:11
Baxılıb: 21
Google+ Paylaş
Tumblr Paylaş

Bakı-Ağstafa marşrutu üzrə əlavə 9 qatar reysi təyin edilib

20-03-2024, 12:11

Novruz bayramı ilə əlaqədar artan sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə daha 9 qatar reysi təyin edilib.
Reportyor.tv xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.
Məlumata görə, 22, 23, 24, 25, 26 mart tarixlərində səhər və axşam reysləri üzrə qatarlar Ağstafaya, eyni zamanda geriyə hərəkətdə olacaq.
"Qatarların hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etmək üçün www.ady.az saytına keçid edə və yaXUD “ADY Mobile” tətbiqini yükləyə bilərsiniz",- deyə məlumatda qeyd edilib


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ