Masallı polisindən əməliyyat: saxlanılan var - FOTO
Tarix: 19-09-2023, 09:22
Baxılıb: 182
Google+ Paylaş
Tumblr Paylaş

Masallı polisindən əməliyyat: saxlanılan var - FOTO

19-09-2023, 09:22

Masallı sakininin üzərindən və yaşadığı evdən 4 kiloqram narkotik aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Musavat.com-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş, rayon sakini Araz Qəniyev saxlanılıb.
Keçirilən baxış zamanı onun üzərindən və Qızılavar kəndində yerləşən yaşadığı evdən ümumilikdə 4 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb. A.Qəniyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.
NARKO SON.png (627 KB)


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ