Türkiyədə dollar lirə qarşısında rekordunu yeniləyib
Tarix: 9-08-2023, 11:54
Baxılıb: 256
Google+ Paylaş
Tumblr Paylaş

Türkiyədə dollar lirə qarşısında rekordunu yeniləyib

9-08-2023, 11:54

Türkiyədə lirə kəskin şəkildə ucuzlaşmaqda davam edir.
Reportyor.tv-nin məlumatına görə, avqustun 9-da birjalarda Dollar/Türkiyə Lirəsi məzənnəsi rekordunu yeniləyib, 27,42 səviyyəsinə qədər yüksəlib.
Avro/Türkiyə Lirəsi məzənnəsi isə 30,06 səviyyəsini test edib. Başqa sözlə, TL təkcə bu gün dollar qarşısında 0,2% dəyər itirib. Son bir ayda isə lirə 3,7% ucuzlaşıb.
Türkiyə Mərkəzi Bankı isə dolların bugünkü məzənnəsini alış üzrə 26.98 TL, satış üzrə 27.03 TL müəyyən edib. Türkiyə lirəsi paralel olaraq Azərbaycan manatı qarşısında da rekord şəkildə eniş edib. Azərbaycan Mərkəzi Bankının avqustun 9-da açıqladığı məzənnəyə əsasən, 1 TL 0,0627 manata ticarət edilir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ