Məmmədyarov yenə armageddonda uduzdu - FOTO
Tarix: 6-06-2023, 23:43
Baxılıb: 151
Google+ Paylaş
Tumblr Paylaş

Məmmədyarov yenə armageddonda uduzdu - FOTO

6-06-2023, 23:43

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Norveçin Stavanger şəhərində təşkil olunan "Norway Chess" turnirində növbəti oyununu keçirib.
reportyor.org xəbər verir ki, 38 yaşlı qrossmeyster VII turda ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gəlib. VI turda armageddonda Nakamuranın həmyerlisi Uesli Soya uduzan Məmmədyarov yenə eyni aqibətlə üzləşib.
O, hazırda 9 xalla 3-cü pillədə qərarlaşın. 13 xalı olan nakamura isə 2-cidir.
Qeyd edək ki, “Norway Chess” iyunun 9-da başa çatacaq. Reqlamentə əsasən, birbaşa qələbəyə görə 3 xal verilir. Heç-heçə olacağı təqdirdə rəqiblər armageddonda qarşılaşırlar. Bu halda qalib 1.5, məğlub olan tərəf isə 1 xal əldə edir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ