Messinin atası klub prezidentinin evinə niyə gedib?
Tarix: 5-06-2023, 17:28
Baxılıb: 174
Google+ Paylaş
Tumblr Paylaş

Messinin atası klub prezidentinin evinə niyə gedib?

5-06-2023, 17:28

PSJ-dən ayrına Lionel Messinin karyerasını harada davam etdirəcəyi böyük maraq doğurur. Hazırda 3 klub onu heyətinə qatmaq üçün mübarizə aparır - "Əl-Hilal", "Barselona" və "İnter Mayami".
reportyor.org xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi bu məsələdə ən aktiv klub olsa da, maliyyə problemləri olan "Barsa" da təslim olmaq fikrində deyil. Kataloniyalılar Messini heyətinə qatmaq üçün təmaslarını davam etdirir.
Bu məqsədlə daha bir görüş baş tutub. Argentinalı hücumçunun atası Xorxe Messi "Barselona"nın prezidenti Joan Laportanın evinə yollanıb. Onlar 35 yaşlı futbolçunun İspaniya klubuna ehtimal olunan qayıdışını müzakirə ediblər. Bu barədə jurnalist Toni Xuanmarti "Tvitter" hesabında məlumat verib.
İddia olunur ki, La Liqa rəhbərliyi "Barselona"nın yeni mövsüm üçün "maliyyə planını" təsdiqləyib. "Barsa" 2000-ci ildən 2021-ci ilə qədər komandanın formasını geyinən futbolçunu azad agent statusu ilə geri qaytara bilər.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ