Dilini dinc qoymadı, iş açdılar
Tarix: 2-06-2023, 23:48
Baxılıb: 191
Google+ Paylaş
Tumblr Paylaş

Dilini dinc qoymadı, iş açdılar

2-06-2023, 23:48

UEFA “Roma”nın baş məşqçisi Joze Mourinyo ilə bağlı araşdırmaya başlayıb.
reportyor.org xəbər verir ki, Mourinyo Avropa Liqasının finalında “Sevilya” ilə keçirilən oyundan sonra qarşılaşmanın baş hakimi Teyloru təhqir etməkdə ittiham olunur.
Matçdan sonra Mourinyo “Puşkas Arena”nın dayanacağında ingilis hakimin üstünə qışqıraraq deyib: “Biabırçılıqdır, sən biabırçısan”.
Oyundan sonra keçirilən mətbuat konfransında portuqaliyalı mütəxəssis “hakimin ispan kimi göründüyünü” bildirib və qeyd edib: “Ümid edirəm ki, hakim bu gün etdiyi axmaqlığı ilə Çempionlar Liqasında qalacaq və bizi Avropa Liqasında rahat buraxacaq”.
UEFA Mourinyoya qarşı “matç rəsmisinin ünvanına təhqiramiz ifadələr işlətdiyi” üçün intizam işi açıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ