AFFA Şahruddini milliləşdirərkən saxtakarlıq edib - Özü etiraf etdi
Tarix: 1-06-2023, 14:27
Baxılıb: 196
Google+ Paylaş
Tumblr Paylaş

AFFA Şahruddini milliləşdirərkən saxtakarlıq edib - Özü etiraf etdi

1-06-2023, 14:27

“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev Azərbaycan vətəndaşlığını hansı şəraitdə aldığını açıqlayıb.
reportyor.org xəbər verir ki, o, bu barədə “Çhampionat.com” saytına verdiyi müsahibədə danışıb. Dağıstanlı futbolçu etiraf edib ki, Azərbaycan kökünün olmasına baxmayaraq, AFFA onu milliləşdirə bilib:
“Azərbaycanla bağlılığım, köklərim yoxdur. Sadəcə maraq göstərdilər. 2014-cü ilin dekabrında Azərbaycanın gənclərdən ibarət yığmasının toplanışına çağırıldım. Daha sonra martda da dəvət aldım. Ondan sonra AFFA-dan Rusiya Futbol İttifaqı ilə (RFU) ilə əlaqə saxlayıb mənim idman vətəndaşlığımı dəyişmək üçün icazə aldılar.
Bu, mənə də maraqlı idi. Hətta Rusiyanı tərk edərkən belə bir dönüşə daxilən hazır idim. Geri qayıtmaq istəmirdim. Heç bir inciklik yox idi, amma belə bir inamı yaranmışdı ki, bu sistemlə heç nə etmək olmaz. İnsanlar sizə baxmaq belə istəməyəndə adamı yox, kağız parçası görürlər”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ