Şahruddin: "18 yaşda evlənmişdim, 20 manatla ailə saxlamalı idim"
Tarix: 1-06-2023, 14:25
Baxılıb: 200
Google+ Paylaş
Tumblr Paylaş

Şahruddin: "18 yaşda evlənmişdim, 20 manatla ailə saxlamalı idim"

1-06-2023, 14:25

“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev karyerasının ilk dövrlərində üzləşdiyi çətinliklərdən danışıb.
reportyor.org xəbər verir ki, "Championat.com"a müsahibə verən milli komandamızın üzvü 18 yaşında evləndiyini bildirib. O, ilk qazancını da açıqlayıb:
“Rusiyada mən heç maaş almamışam. 18 yaşım olanda uşaqlar Həvəskar Futbol Liqasında oynamağa çağırdılar. Nəticədən asılı olmayaraq, gəlməyimə 1000 rubl verirdilər. Mənim yeganə gəlirim bu idi – həftəyə 1000 rubl (təxminən 20 manat). Bu oyunları çox sevirdim. Qapıçı üçün ciddi təcrübədir və inkişaf etmək imkanın olur.
Çoxlu zərbələr, xeyli iş görürsən, qapılar da elə də balaca olmur. Maraqlı liqadır, Rusiyada çox inkişaf edib. Azərbaycanda da bu səviyyədə turnir keçirilsəydi və klub oynamağıma icazə versəydi, məmuniyyətlə çıxış edərdim.
Valdeyinlərim kömək edirdilər, lakin psixoloji baxımdan çox ağır idi. 18 yaşımda evlənmişdim və ailəni saxlamalı idim.
Yaxşı forma yığmışdım, baxışa getməyə hazırlaşırdım və həmin vaxt ayağım sındı. Ağır zədə idi, sümük yavaş-yavaş böyüyür. Dörd ay gipsdə qaldım. Rusiya Bədən Tərbiyəsi Universitetinə imtahanlara qoltuq ağacı ilə gedirdim. Çətin dövr idi”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ