"Qarabağ"dan xəbərdarlıq: "Bu səhifələrin hamısı "feyk"dir"
Tarix: 14-01-2023, 01:15
Baxılıb: 313
Google+ Paylaş
Tumblr Paylaş

"Qarabağ"dan xəbərdarlıq: "Bu səhifələrin hamısı "feyk"dir"

14-01-2023, 01:15

Məlum olduğu kimi, "Qarabağ" ötən gün qış transfer pəncərəsində ilk keçidini reallaşdırdı. Ağdam təmsilçisi Adama Diakabi ilə 2,5 illik müqavilə imzaladığını açıqladı.
"Qarabağ" azarkeşləri və futbol ictimaiyyəti bu transferi uzun müddət idi ki, gözləyirdi. Fransalı vinger Azərbaycan futbolu üçün ulduz hesab ediləcək addır. Onun İngiltərənin və Fransanın adlı-sanlı klublarında top qovması fanatların diqqətini cəlb etməyə bilməzdi.

Futbolçuya olan diqqət xüsusilə sosial şəbəkələrdə öz əksini tapıb. Diakabini izləmək istəyən insanlar onun adını axtararkən qarşılarına çox sayda səhifələr çıxıb. Həmin profillər və hesabların bir çoxu yenidir, onun "Qarabağ"a transferindən sonra yaradılıb.
Belə olan halda sual yaranır futbolçunun əsas səhifəsi hansıdır?
Məsələyə aydınlıq gətirmək üçün "Qarabağ"ın mətbuat katibi Gündüz Abbaszadə ilə əlaqə saxladıq. Klub rəsmisi Publika.az-a açıqlamasında hər kəsi maraqlandıran suala belə cavab verdi:
"Adama Diakabinin heç bir sosial şəbəkədə səhifəsi yoxdur. Yaradılan səhifələrin hamısı isə "feyk"dir. Onların heç birinin futbolçu ilə əlaqəsi yoxdur".


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ