Dünya Çempionatı: Şahmatçımız ermənini mat qoydu
Tarix: 21-10-2022, 01:52
Baxılıb: 240
Google+ Paylaş
Tumblr Paylaş

Dünya Çempionatı: Şahmatçımız ermənini mat qoydu

21-10-2022, 01:52

İtaliyanın Sardiniya adasında gənc qızlar arasında dünya çempionatı davam edir.
reportyor.org-un məlumatına görə, Azərbaycan şahmatçısı Gövhər Beydullayeva IX tur çərçivəsində Ermənistan təmsilçisi Məryəm Mkrtçyanla qarşılaşıb.
Ağ fiqurlarla oynayan 19 yaşlı qrossmeysterimiz 47-ci gedişdə rəqibini təslim olmağa məcbur edib.
Bu qələbə ilə xallarının sayını 8-ə yüksəldən Məryəm Beydullayeva ən yaxın rəqibini 1 xal qabaqlayaraq turnir cədvəlinin birinci pilləsində qərarlaşıb.
Dünya çempionatındakı digər azərbaycanlı şahmatçı Ləman Hacıyeva isə qazaxıstanlı Assel Serikbay ilə heç-heçəyə razılaşıb.
O, hazırda 6,5 xalla 6-cı pillədə yer alıb.
Qeyd edək ki, İsveçrə sistemi ilə keçirilən turnir 11 turdan ibarətdir. Yarışa 22 oktyabrda yekun vurulacaq.




Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ