"Mançester Siti" dünya çempionu oldu
Tarix: 23-12-2023, 00:44
Baxılıb: 75
Google+ Paylaş
Tumblr Paylaş

"Mançester Siti" dünya çempionu oldu

23-12-2023, 00:44

İngiltərə komandası “Mançester Siti” klublararası dünya çempionatının qalibi olub.
Publika.az-ın məlumatına görə, Premyer Liqa təmsilçisi finalda Braziliya klubu “Fluminense”ni məğlub edib.
“Şəhərlilər” Səudiyyə Ərəbistanında keçirilən həlledici görüşdə 4 cavabsız qolla qələbə qazanıb. 1-ci dəqiqədə Xulian Alvares hesabı açıb. 27-ci dəqiqədə “Fluminense”nin oyunçusu Nino avtoqol müəllifi olub. 72-ci dəqiqədə Fil Foden komandasının üçüncü qoluna imza atıb. 88-ci dəqiqədə dublunu rəsmiləşdirən Foden həm də matçda son nöqtəni qoyub – 4:0.
Yaponiyanın “Urava Reds” klubunu 4:2 hesabı ilə üstələyən Misir “Əl Əhli”si isə turnirdə üçüncü yeri tutub.
reportyor.org


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ