Bakı-Sumqayıt yolundakı böyük tıxacın səbəbi məlum oldu - İntiharın qarşısı alındı - YENİLƏNİB
Tarix: 31-07-2023, 11:10
Baxılıb: 102
Google+ Paylaş
Tumblr Paylaş

Bakı-Sumqayıt yolundakı böyük tıxacın səbəbi məlum oldu - İntiharın qarşısı alındı - YENİLƏNİB

31-07-2023, 11:10

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, 1 nəfərin Abşeron rayonu, Xırdalan şəhərində Bakı-Sumqayıt avtomobil yolunda yerləşən yerüstü piyada keçidinin üzərinə çıxaraq intihara cəhd etməsi barədə məlumat daxil olub.
Bu barədə FHN-in mətbuat xidmətindən bildirilib.
Məlumatla əlaqədar dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Xilasedicilər vətəndaşla yaxın məsafədən psixoloji söhbət aparmaqla yanaşı xilasetmə yastığı açaraq, zəruri təhlükəsizlik tədbirləri görüblər.
FHN-in xilasediciləri tərəfindən aparılan psixoloji söhbət nəticəsində vətəndaş intihar etmək fikrindən daşındırlıb.
***10:36
Bakı-Sumqayıt yolunun Xırdalandan keçən hissəsində 1 nəfər kişi intihara cəhd edir.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, hadisə Bakı-Sumqayıt yolunda, Xırdalan qəbiristanlığının qarşısındakı yerüstü piyada keçidində qeydə alınıb.
Məlumata görə, hazırda ərazidə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən çadırlar qurulub.
Yolda isə uzun tıxac yaranıb. 
Bu barədə FHN-in mətbuat xidmətindən BAKU.WS-ə daxil olan məlumata görə, yerüstü piyada keçidinin üzərinə çıxaraq intihara cəhd edən şəxslə bağlı əraziyə dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Xilasetmə əməliyyatı davam edir.
Əlavə məlumat veriləcək.










Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ