DGK-nın sabiq müstəntiqinə hökm oxundu
Tarix: 17-10-2022, 16:39
Baxılıb: 296
Google+ Paylaş
Tumblr Paylaş

DGK-nın sabiq müstəntiqinə hökm oxundu

17-10-2022, 16:39

Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsinin müstəntiqi Nicat Qasımovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Publika.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Nicat Qasımovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib, ona şərti cəza verilib.
İttihama görə, Gürcüstan vətəndaşı Jaba Jibgaşvili Azərbaycana gələrkən üstündə olan 53 min dollar pulu gömrüyə şifahi və ya yazılı şəkildə bəyan etmədən, gizli şəkildə keçirməyə cəhddə suçlanaraq həbs edilib. Ona Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq) maddəsilə ittiham verilib.
Bununla bağlı cinayət işi üzrə araşdırmalar Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində aparılıb. Gürcüstan vətəndaşının üstündən tapılan 53 min dolların depozit hesabına qoyulmasına qərar verilib.
Nicat Qasımovun depozitə qoyulmalı olan həmin vəsaiti mənimsəyib, öz ehtiyaclarına xərcləyib.
Bu məsələnin üstü açılandan sonra Nicat Qasımov vəzifəsindən azad edilib və barəsində Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə) maddəsilə ittiham irəli sürülüb.
Sabiq müstəntiqin işində həm Dövlət Gömrük Komitəsi, həm də Jibgaşvili zərərçəkmiş qismində tanınıb. Çünki pul Jibgaşvilinin olub, lakin Dövlət Gömrük Komitəsində depozit hesaba qoyulmasına qərar verilmişdi.
Qeyd edək ki, Jibgaşvili başqa icraatda təqsirləndirilən şəxs qismində mühakimə olunub və 5 il müddətinə azadlıqdan mərhum edilib.
Reportyor.tv


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ