Tərtərdə qonşusunu qətlə yetirən şəxsin apellyasiya şikayəti təmin edilməyib
Tarix: 19-01-2022, 16:32
Baxılıb: 336
Google+ Paylaş
Tumblr Paylaş

Tərtərdə qonşusunu qətlə yetirən şəxsin apellyasiya şikayəti təmin edilməyib

19-01-2022, 16:32

Tərtərdə qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Nail Hümbətovun barələrində olan hökmdən verilən apellyasiya şikayəti təmin edilməyib.
“Report”un xəbərinə görə, bu barədə qərar Gəncə Apellyasiya Məhkəməsinin hakimi Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.
Qeyd edək ki, 2020-ci il mayın 8-də Tərtər şəhərinin Cavanşir küçəsində yaşayan Hümbətov Naib Nadir oğlu Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edərək yaşadığı evin yaxınlığında kişi meyiti olduğu barədə məlumat verib.
İlkin araşdırma zamanı müəyyən olunub ki, Tərtər sakini, 1980-ci il təvəllüdlü Zeynalov Xətai Sabir oğlu həmin gün gecə saatlarında qonşusu N.Hümbətov tərəfindən bıçaqlayaraq öldürüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Daha sonra N.Hümbətov polis əməkdaşları tərəfindən saxlanılıb.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Hümbətov 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ