Bakıdan “Kayrat”ı aparan təyyarə qəzaya uğradı
Tarix: 23-10-2021, 09:47
Baxılıb: 598
Google+ Paylaş
Tumblr Paylaş

Bakıdan “Kayrat”ı aparan təyyarə qəzaya uğradı

23-10-2021, 09:47


Konfrans Liqasının qrup mərhələsinin III turunda “Qarabağ”la qarşılaşan “Kayrat” Bakıdan Qazaxıstana qayıdanda qəzaya uğrayıb.

Apasport.az saytının Qazaxıstan mətbuatına istinadən məlumatına görə, komandanı ölkəyə qaytaran hava gəmisi Almatı Hava Limanında avtomobillə toqquşub.

Yerli vaxtla səhər saat 7 radələrində baş verən fövqəladə hadisə zamanı “Renault” markalı avtomobil “FlyJet” şirkətinə məxsus təyyarənin altında qalıb. Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır və bununla bağlı istintaq başladılıb. Toqquşmadan sonra sərnişinlər təcili təxliyəni gözləyərək bir saatdan çox təyyarədə qalıblar. Ölən və yaralanan yoxdur.

Qeyd edək ki, dünən Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən “Qarabağ” – “Kayrat” matçı Azərbaycan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ