Azərbaycanda ov zamanı silahlı insident - 2 nəfər güllələndi
Tarix: 11-05-2020, 13:00
Baxılıb: 600
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycanda ov zamanı silahlı insident - 2 nəfər güllələndi

11-05-2020, 13:00

İmişli rayonunda silahlı insident olub.
Publika.az xəbər verir ki, İmişli rayonunun Qulubəyli kəndi ərazisindən keçən Mil-Muğan kanalında Gövhərli kənd sakini K.Kərimovun və Qaradonlu kənd sakini E.Cəfərovun qayıqla balıq tutarkən bir nəfərin ov tüfəngindən açdığı atəşdən yüngül qırma xəsarətləri almaları barədə İmişli rayon polis şöbəsinə məlumat daxil olub.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.
İmişli rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xuliqanlığı törətməkdə şübhəli bilinən Hacıqabul rayon sakini R.Həmidov saxlanılıb.
Ondan cinayəti törədərkən istifadə etdiyi “MC-2112” markalı ov tüfəngi götürülüb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ