82 yaşlı “müharibə uşağı” iki yeniyetməni zorlayıb
Tarix: 28-03-2024, 16:02
Baxılıb: 43
Google+ Paylaş
Tumblr Paylaş

82 yaşlı “müharibə uşağı” iki yeniyetməni zorlayıb

28-03-2024, 16:02

Moskvada 82 yaşlı təqaüdçüyə qarşı uşağa təcavüz etdiyinə görə cinayət işi açılıb. 
Yaşlı şəxs bir neçə il özünü Böyük Vətən Müharibəsi veteranı kimi göstərərək məktəb tədbirlərində iştirak edib.
İstintaq iki cinayət epizodundan xəbərdar olub. Belə ki, 82 yaşlı kişi 14 və 16 yaşlı yeniyetmələri zorlayıb. Bu hadisələrin nə vaxt baş verdiyi barədə dəqiq məlumat yoxdur.
Həmçinin məlum olub ki, həmin şəxs “müharibə uşağı” statusuna malikdir. Təqaüdçü özü səkkiz dəfə Moskvada paradlarda iştirak etdiyini, həmçinin məktəblərdə Böyük Vətən Müharibəsi ilə bağlı tədbirlərə də qatıldığını deyib. Adətən bu tədbirlərdə onu İkinci Dünya Müharibəsi veteranı kimi təqdim ediblər, amma müharibənin sonunda onun cəmi dörd yaşı olub.
        “Müharibə uşağı” hazırda ev dustaqlığındadır. Onu ən azı 20 ilə yaxın həbs gözləyir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ