Bakıda məşhur bazarda əməliyyat - TUTULAN VAR - FOTO
Tarix: 8-05-2020, 11:09
Baxılıb: 617
Google+ Paylaş
Tumblr Paylaş

Bakıda məşhur bazarda əməliyyat - TUTULAN VAR - FOTO

8-05-2020, 11:09

Bakının Nizami rayonuda yerləşən “8-ci kilometr” bazarında cibgirlik edən şəxs saxlanılıb
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat-axtarış tədbiri nəticəsində paytaxtın Nizami rayonu Naxçıvanski küçəsi 47 ünvanında yerləşən bazarda cibgirliklə məşğul olan şəxs saxlanılıb.
Əməliyyat zamanı əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum edilmiş Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydiyyatda olan Said Göyçayev tutulub.
Araşdırma zamanı onun “8-ci kilometr” bazarında cari ilin aprel və may aylarında əsasən yaşlı qadınların cibindən pul kisələri oğurladığı məlum olub.

Hələlik zərərçəkənlər şəxslərdən ikisinin müvafiq olaraq 150 və 435 manat pulunun Said Göyçayev tərəfindən oğurlandığı sübuta yetirilib.
Qeyd edilən faktlarla bağlı saxlanılan şəxsin ətrafında istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Said Göyçayev paytaxt ərazisində digər analoji cinayətlər etdiyi də istisna olunmur.
Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə məlumat verə bilərlər.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ