Yas mərasimində bədbəxt hadisə: 1 nəfər öldü, 23 nəfər... - YENİLƏNDİ
Tarix: 23-11-2023, 14:37
Baxılıb: 180
Google+ Paylaş
Tumblr Paylaş

Yas mərasimində bədbəxt hadisə: 1 nəfər öldü, 23 nəfər... - YENİLƏNDİ

23-11-2023, 14:37

Bərdə rayonunun Yeni Daşkənd kəndində baş verən hadisə ilə əlaqədar Rayon Mərkəzi Xəstəxanasına 23 nəfər yerləşdirilib.
Publika.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Qeyd olunub ki, 1 nəfərdə xəstəxanayaqədər ölüm halı qeydə alınıb. Digər şəxslərin ümumi müayinələri davam etdirilir.
***
Bərdə rayonunda yas mərasimi zamanı bədbəxt hadisə baş verib.
Publika.az "Report"a istinadən xəbər verir ki, rayonun Yenidaşkənd kəndində yas mərasiminə gələn qonaqlar evin ikinci mərtəbəsindəki otaqlardan birində toplaşıblar. Qəfildən ağırlığa dözməyən döşəmə çöküb. Nəticədə xeyli insan yaralanıb.
Hazırda yaralıların Təcili Tibbi Yardım avtomobilləri ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına daşınması həyata keçirilir.



Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ