İtkin düşən alimlər tapılaraq İsmayıllıya gətirilib - YENİLƏNİB-2 - FOTO
Tarix: 30-08-2023, 19:01
Baxılıb: 43
Google+ Paylaş
Tumblr Paylaş

İtkin düşən alimlər tapılaraq İsmayıllıya gətirilib - YENİLƏNİB-2 - FOTO

30-08-2023, 19:01

Ötən gün İsmayıllı rayonu istiqamətində dağlıq ərazidə köməksiz vəziyyətdə qalan iki nəfər - Elnur Nəciyev və Emil Cəbrayılov tapılıb.
Reportyor.tv xəbərinə görə, onlar İsmayıllıya, Şahdağ Milli Parkı ərazisinə gətirilib.
İtkin düşən iki alim tapılıb.Reportyor.tv Şirvan bürosu xəbər verir ki, ilkin məlumata əsasən, onlar İsmayıllı istiqamətində tapılıblar. Həmin şəxslərin Quba istiqamətindən dağa qalxdıqları və yolu azdıqları bildirilir.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə İsmayıllı rayonu istiqamətində dağlıq ərazidə iki vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-dən Reportyor.tv  bildirilib ki, məlumatla əlaqədar dərhal köməksiz vəziyyətdə qalan şəxslərlə rabitə əlaqəsi yaradılıb və koordinatları müəyyən edilərək aidiyyəti üzrə ötürülüb.
Hazırda vətəndaşlar Elnur Nəciyevin və Emil Cəbrayılovun aidiyyəti qurumlarla koordinasiyalı şəkildə təxliyə edilməsi istiqamətində işlər aparılır.
Gənc alimlər Elnur Nəciyev və Emil Cəbrayılov Quba-İsmayılı istiqamətində yoxa çıxıblar.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki,qeyd olunan şəxslərlə bağlı polisə müraciət edilib, barələrində axtarışa elan olunub və tapılmaları istiqamətində tədbirlər görülür.
İtkin düşmüş şəxslərin Quba istiqamətindən daga çıxdıqları ehtimal olunur.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ