Xızıda dərəyə düşmüş avtomobildən 2 qadın xilas edilib - YENİLƏNİB
Tarix: 29-08-2023, 23:43
Baxılıb: 84
Google+ Paylaş
Tumblr Paylaş

Xızıda dərəyə düşmüş avtomobildən 2 qadın xilas edilib - YENİLƏNİB

29-08-2023, 23:43

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xızı-Giləzi yolunun Xızı rayonu ərazisindən keçən hissəsində bir neçə avtomobilin güclü yağışın yaratdığı lilli və palçıqlı sel suyu nəticəsində dərəyə yuvarlanması və vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Reportyor.tv xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub
Əlverişsiz hava şəraitinə və günün qaranlıq vaxtı olmasına baxmayaraq operativ olaraq həyata keçirilən xilasetmə əməliyyatı nəticəsində yanğınsöndürən-xilasedicilər tərəfindən 2 nəfər qadın dərəyə düşmüş nəqliyyat vasitəsindən çıxarılaraq xilas edilib.
FHN-in əraziyə cəlb edilmiş qüvvələri tərəfindən əməliyyat şəraitinə uyğun olaraq Xızı-Giləzi yolunun qeyd edilən hissəsində çətin vəziyyətdə qalan digər avtomobillər təhlükəsiz əraziyə çıxarılıb.
Xızıda yağan qısamüddətli leysan yağışı nəticəsində bağlanan Giləzi-Xızı yolu açılıb.
Reportyor.tv şimal bürosunun verdiyi məlumata görə, yolda avtomobillərin hərəkəti bərpa olunub və köməksiz vəziyyətdə qalan şəxslərə müvafiq yardım göstərilib.
Xızıda yağan qısamüddətli leysan yağışı nəticəsində Giləzi-Xızı yolu bağlanıb.
Reportyor.tv şimal bürosunun verdiyi məlumata görə, palçıq kütləsi yolun 6-10-cu km-də yolda hərəkəti çətinləşdirib. Əraziyə texnika cəlb olunub və yolun açılması istiqamətində işlər davam etdirilir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ