COVID-19-un yeni variantı bu ölkədə də aşkarlandı
Tarix: 21-08-2023, 14:09
Baxılıb: 96
Google+ Paylaş
Tumblr Paylaş

COVID-19-un yeni variantı bu ölkədə də aşkarlandı

21-08-2023, 14:09

İsraildə COVID-19-un yeni variantı "BA.2.86" aşkarlandığı açıqlanıb.
reportyor.org xəbər verir ki, İsrail İctimai Yayım Təşkilatı (KAN) Tel-Əviv Suraski Tibb Mərkəzi səlahiyyətlilərinin mövzu ilə bağlı açıqlamasına yer verib. Xəbərdə İsraildə aşkar edilən yeni variantın ABŞ, İngiltərə və Danimarkadan sonra dünyada aşkarlanan 4-cü hal olduğu bildirilib.
Məlumata görə, yeni variant daşıdığı çox sayda mutasiya ilə vaksinləri təsirsiz hala gətirə bilər və bu hal Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) narahat edir.
Ümumdünya Səhiyyə Təşkilatı avqustun 17-də verdiyi açıqlamada BA.2.86 olaraq elan edilən variantın statusunu daşıdığı çox sayda mutasiyaya görə "müşahidə altında olan variant" olaraq yeniləmişdi.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ