Nurəngiz Bəşirova “Va bank” gedir – TƏBİB sədrliyini hədəfləyən əyalət həkiminin paytaxta “Yüksəlişi”
Tarix: 2-08-2023, 16:08
Baxılıb: 919
Google+ Paylaş
Tumblr Paylaş

Nurəngiz Bəşirova “Va bank” gedir – TƏBİB sədrliyini hədəfləyən əyalət həkiminin paytaxta “Yüksəlişi”

2-08-2023, 16:08

N.Bəşirovanın karyerasına düşən ləkələr, keçmişinin çirkli izləri onun “zəngin və şərəfli” bioqrafiyasını həmişə qara kölgə kimi müşayiət edəcək.
Son bir aya qədər, Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində çalışan Nürəngiz Bəşirova hələ 2005-2017-ci illərdə Xocavənd Mərkəzi Xəstəxanasının baş həkimi işləyərkən öklə mediasında çoxsaylı yeyintilərə, korrupsiya cinayətlərinə yol verdiyinini əks etdirən çeşidli yazılar dərc edilib. Həmin məlumatlardan biri də Xocavənddə işlədiyi ildə Ağcabədi Rayon Prokurorluğunda Nurəngiz Bəşirovaya və xəstəxananın bir neçə işçisinə qarşı Cinayət Məcəlləsinin 179.2.3. (öz qulluq mövqeyindən istifadə etmək) və 313. (vəzifə saxtakarlığı) maddələri üzrə cinayət işinin açılması ilə bağlıdır. Məlumata görə, həmin cinayət işində Nürəngiz Bəşirova doğulmayan uşaqların adına saxta sənəd hazırlamaqla onlara ayrılan müavinətləri mənimsəməkdə ittiham olunub. Hətta istintaqın yekununda təqsirləndirilənlərə yeni ittihamların irəli sürüldüyü bildirilirdi. Bəs necə oldu ki, Nurəngiz Bəşirova məlum cinayət işindən sıyrılıb çıxa bildi? Hansı əsaslarla barəsində CM-nin müfaviq maddələri ilə cinayət işi açılaraq istintaqı aparılan bir şəxsin cinayət işinə xitam verildi? Belə çıxır ki, Nurəngiz Bəşirova günhasız idi, prokurorluq da ona əsassız yerə cinayət işi açıbmış? Bu mümkündürmü ki, ölkənin istintaq təqibi orqanı heç bir günahı olmayan vəzifəli şəxs barəsində durduğu yerdə cinayət işi aça? Bəs necə oldu ki, barəsində cinayət işi açılan N. Bəşirova bir müddətdən sonra yenidən baş həkim vəzifəsinə qayıdır? Doğrudandamı, Nurəngiz Bəşirovanı cinayət işindən xilas edən FHN şefi Kəmaləddin Heydərov və onun həyat yoldaşı Ruhəngiz Heydərova (ad oxşarılığına diqqət edin) olub? Bildirilir ki, belə vəziyyətdə Nurəngiz Bəşirova Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun həyat yoldaşı Ruhəngiz Heydərova  ilə qohumluq əlaqəsindən və daimi himayəçisi olan Kəmaləddin Heydərovun köməkliyindən istifadə edir. Əldə etdiyimiz məlumata görə, N. Bəşirova Kəmaləddin Heydərovun  köməkliyi ilə 2020-ci ilin fevralında gözlənilmədən müəmmalı təyinatla “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru vəzifəsinə təyin olunub.
Nurəngiz Bəşirovanın Beyləqan rayon xəstəxanasına necə və hansı yolla, kimlərin köməkliyi ilə təyinat almasını dəqiq deyə bilməsək də, bir onu dəqiq deyə bilərik ki,  bu təyinat koronavirus dövrü N. Bəşirovanın haram kapitalının artması üçün uğurlu olub. Elə bu “qazanc üçün münbit” dövrdə müxtəlif qanunsuzluqlar yolu ilə topladığı sərvətdən səmərəli istifadə etmək və daha da artırmaq məqsədilə üzünü əyalətdən paytaxta tutub. Çünki əyalət nə qədər sakitçilik olsa da, daha N.Bəşirovanın rayonun hüdudlarını aşaraq Bakıya nüfuz etnmiş biznesi, obyektləri üçün cazibədar deyil.
Ötən məqalələrimizdə qeyd etdiyimiz kimi, Beyləqan Xəstəxanasından Sabunçu Tibb Mərkəzinə rəhbər vəzifəyə transfer edilmək üçün N.Bəşirova TƏBİB sədri Vüqar Qurbanovun Hadrut Ailə Sağlamlıq Mərkəzi projesinə əhəmiyyətli kəmiyyətdə qeyri-leqal maliyyə dəstəyi verib. Üstəgəl, sədrin övladının toy xərclərinin də mühüm bir qismini Nurəngiz xanımın qarşıladığı iddia olunur. Əldə etdiyimiz digər dəqiq məlumat isə, Nurəngiz Bəşirova Sabunçuya təyinat alması üçün ümumən nə qədər manat civarında sərmayə qoyması ilə əlaqədar olacaq ki, bu barədə də növbəti məqaləmizdə yazacağıq.
Bu günlərdə etibarlı mənbədən daxil olan ən son məlumat isə, daha heyrətamizdir: Belə ki, Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirovanın Tibb Ərazi Bölmələrinin İdarəetmə Birliyinə (TƏBİB) sədr təyin ediləcəyi gözlənilir. Xanım direktorun yaxın çevrəsinə aid olan mənbə qeyd edib ki, N. Bəşirovanın “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru vəzifəsindən Sabunçu Tibb Mərkəzinə təyinat alması da, məhz onun TƏBİB-in icraçı direktoru vəzifəsinə gözlənilən təyinatı ilə bağlıdır. Bildirilir ki, N.Bəşirovanın rayon xəstəxanasından Sabunçu Tibb Mərkəzinə təyinat alması ilə bağlı göstəriş birbaşa Prezident Adminstrasiyasından gəlib və yaxın aylarda onun TƏBİB sədri postuna təyin olunacağı dəqiqdir.
Əlbəttə, N.Bəşirovanın karyera yüksəlişinin bu məcrada getməsi onun özünün “VaBank” gedərək V.Qurbanovu mat vəziyyətində qoymaq planı ilə də əlaqəli ola bilər, yaxud da əksinə, V.Qurbanovun özünün də TƏBİB-i tərk edib başqa vəzifəyə getmək niyyəti ilə də paralel ola bilər.
Bütün hallarda N.Bəşirovanın karyerasına düşən ləkələr, keçmişinin çirkli izləri onun “zəngin və şərəfli” bioqrafiyasını həmişə qara kölgə kimi müşayiət edəcək.
İndi TƏBİB açıqlasın görək, “şəxsi işi” ləkəli olan Nurəngiz Bəşirova hansı uğurlu xidmətlərinə görə Şəhər xəstəxanasına aparıldı?


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ