TƏBİB rəhbərliyindən daha bir qalmaqallı yerdəyişmə  - Adı müxtəlif qalmaqallarda keçən Nurəngiz Bəşirova necə oldu ki, Sabunçu xəstəxanasının direktoru təyin edildi?
Tarix: 4-07-2023, 02:21
Baxılıb: 2 713
Google+ Paylaş
Tumblr Paylaş

TƏBİB rəhbərliyindən daha bir qalmaqallı yerdəyişmə - Adı müxtəlif qalmaqallarda keçən Nurəngiz Bəşirova necə oldu ki, Sabunçu xəstəxanasının direktoru təyin edildi?

4-07-2023, 02:21

Vüqar Qurbanov Sabunçu xəstəxanasında korrupsiya ocağı qaladı...

Nürəngiz Bəşirova getdi, bəs işə götürdükləri necə olacaq? 

TƏBİB İcraçı direktoru Vüqar Qurbanovun əmri ilə Beyləqan rayon xəstəxanasının direktoru Nürəngiz Bəşirova Sabunçu rayon Mərkəzi Xəstəxanasının direktoru təyin edilib. Bildirək ki, Nürəngiz Bəşirovanın Sabunçu xəstəxanasına direktor təyin ediləcəyi ilə bağlı Beyləqan xəstəxanasının şəxsi heyyəti arasında söhbətlər gəzirdi. Beyləqan Xəbərlərinin  əldə etdiyi məlumata görə xanım Bəşirova öz istəyi ilə Sabunçu rayonuna direktor gedib. Belə ki, uzun müddətdir ölkə mətbuatının diqqət mərkəzində olan Nürəngiz Bəşirova haqqında həm TƏBİB, həmdə hakimiyyətin yuxarı instansiyalarına müxtəlif şikayətlər göndərilirdi. Beyləqan rayon xəstəxanasında müsbət işlər görən Nürəngiz Bəşirova həm də mənfi işləri, qalmaqalları ilə də yaddaşlarda qalacaq. Ancaq hazırda ən böyük qalmaqal Nürəngiz Bəşirovadan sonra Beyləqan xəstəxanasında yaşananlar olacaq desək heçdə yanılmarıq. Beyləqan Xəbərləri səhifəsinin əldə etdiyi məlumata görə Nürəngiz Bəşirova 300-ə yaxın şəxsi müxtəlif işlərə götürərək onlardan işlə girmnələri müqabilində müxtəlif pullar alıb. Artıq Beyləqan rayon xəstəxanasına bir neçə işçinin işdən çıxarılması ilə bağlı TƏBİB-dən təlimat gəlib. Beyləqan xəstəxanasına yeni təyin ediləcək direktor isə bir çox işçiləri işdən çıxartmağa məcbur olacaq. düzdür Nürəngiz Bəşirova şəhid ailələrinə, qohumlarına, Vətən müharibəsi iştirakçılarını işlə təmin edib. Amma bu şəxslərin sayı ümumi 100-ə çatmır. Yuxarıda qeyd etdiyimiz kimi xanım Bəşirova 300-ə yaxın şəxsi işə götürüb və onlardan 5 (beş) - 8 (səkkiz) min manat arasında rüşvət pullar aldığı iddia edilir. Bu vəsaiti üst-üstə hesablayanda 2  milyon manata yaxın pul edir. Nürəngiz Bəşirovanın həmin pulların bir hissəsini TƏBİB rəhbərliyinə verərək, müxtəlif iş şatatları gətirdiyi deyilir. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, Nürəngiz Bəşirova özündən sonra Beyləqan rayon mərkəzi Xəstəxanasında çox böyük problemlər qoyub getdi. Və yeni gələcək xəstəxana direktorunu isə çox ciddi surprizlər gözləyir.  

Mövzuya qayıdacağıq.
Reportyor.tv
Bizi izləməkdə davam edin...


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ