İmran Ağayevdən sonra onlar da azadlığa buraxıldı
Tarix: 19-06-2023, 13:54
Baxılıb: 216
Google+ Paylaş
Tumblr Paylaş

İmran Ağayevdən sonra onlar da azadlığa buraxıldı

19-06-2023, 13:54

Rüşvət almağa görə məhkum edilmiş FHN Modul Hospitalının sabiq əməkdaşları Rüfət Vəlizadə və Taleh İmanlı azadlığa buraxılıb.
 
Reportyor.tv xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, məhkumlar təyin olunmuş cəzanın 2/3 hissəsi çəkmələri ilə əlaqədar vaxtından əvvəl şərti olaraq həbsdən azad ediliblar.
 
Bir müddət əvvəl sözügedən hospitalın sabiq baş həkimi İmran Ağayev də eyni cür azadlığa buraxılıb
Xatırladaq ki, İmran Ağayev və digərləri koronavirus pandemiyası dövründə xəstələri hospitalın “VİP korpus”larına yerləşdirmək və xəstələrin özünə məxsus “Medi Style” klinikasından FHN hospitalına köçürülməsi müqabilində rüşvət almaqda ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İmran Ağayev 8 il 3 ay, Rüfət Vəlizadə 8 il 1 ay, Taleh İmanlı isə 8 il 1 ay, Qulu Orucov 5 il müddətə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi Rüfət Əlizadə və Taleh İmanının cəzasını 3 il 6 aya, Ali Məhkəmə isə 2 il 6 aya endirmişdi.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ