Qeyri-sabit hava ilə əlaqədar əksər çaylarda sululuq artıb, bəzilərindən sel keçib
Tarix: 19-06-2023, 12:41
Baxılıb: 130
Google+ Paylaş
Tumblr Paylaş

Qeyri-sabit hava ilə əlaqədar əksər çaylarda sululuq artıb, bəzilərindən sel keçib

19-06-2023, 12:41

Hazırda ölkə çaylarında gursululuq dövrü davam edir.
Reportyor.tv xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya mərkəzinin direktoru Asif Verdiyev bildirib. Onun sözlərinə görə, hava şəraitinin qeyri-sabit keçməsi ilə əlaqədar əksər çaylarda sululuq artıb. Belə ki, Qazax-Gəncə bölgəsinin ərazisindən keçən Zəyəmçayda suyun səviyyəsi 3, Kürəkçayda 6, Füzuli rayonu ərazisindən axan Quruçayda 31, Oğuz rayonu ərazisindən axan Əlicançayda 5, Quba rayonu ərazisindən axan Qudyalçayda isə 3 sm artım olub:

“Eyni zamanda, Böyük Qafqazın cənub yamacından axan Türyançay, Göyçay və Dəmiraparançay çaylarında suyun səviyyəsinin kəsklin artması nəticəsində iyunun 17-də Qarasuçayda suyun səviyyəsi 1 m 25 sm artıb. Nəticədə bu, öz təsirini Kür çayında göstərib. Belə ki, Kür çayının Zərdab məntəqəsində suyun səviyyəsi 45, Surrada 76 sm, Salyanda isə 20 sm artım müşahidə olunub. Yağan intensiv leysan yağışları nəticəsində Tovuz rayonu ərazisindən axan Əsrikçaydan və Goranboy rayonu ərazisindən axan Gorançaydan qısamüddətli sel keçib”.




Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ