Şəmkirdə qohumlar arasında münaqişə: bıçaqlanan var
Tarix: 18-06-2023, 00:26
Baxılıb: 146
Google+ Paylaş
Tumblr Paylaş

Şəmkirdə qohumlar arasında münaqişə: bıçaqlanan var

18-06-2023, 00:26

Şəmkir rayonunun Əliyaqublu kəndində qonşular arasında münaqişə olub, onlardan biri bıçaq xəsarəti alıb.
reportyor.org xəbər verir ki, bıçaq xəsarəti alan 1965-ci il təvəllüdlü Ş.Rəfiyev yaxınları tərəfindən xəstəxanaya çatdırılıb.
Onun vəziyyəti kafi qiymətləndirilir.
Zərərçəkmişin yaxınlarının bildirdiyinə görə, ona dava zəminində qonşusu xəsarət yetirib.
Qeyd edək ki, tərəflər həm də qohumdurlar və hadisədən sonra xəstəxanaya gedən qohumlar arasında da xəstəxana önündə mübahisə yaşanıb.
Hadisənin başvermə səbəbi isə hələ məlum deyil.
Faktla bağlı araşdırma aparılır.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ