Sərhədçilərimizin atəşə tutulma ANI - VİDEO
Tarix: 15-06-2023, 15:05
Baxılıb: 151
Google+ Paylaş
Tumblr Paylaş

Sərhədçilərimizin atəşə tutulma ANI - VİDEO

15-06-2023, 15:05

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən “Laçın” sərhəd-buraxılış məntəqəsi avtomat silahlardan atəşə tutulub.
Reportyor.tv xatırladır ki, atəş sərhəd-buraxılış məntəqəsi ilə üzbəüz mövqelərdən, Azərbaycanın dövlət bayrağının hər gün qaldırılma mərasimi zamanı həyata keçirilib.


Ermənistan mediası bayrağın onların ərazisində qaldırdığını iddia etsə də, təqdim etdiyimiz görüntülərdə Azərbaycan hərbçilərinin Azərbaycan sərhədləri daxilində bu addımı atdığı görünür.
Üstəlik, qeyd etmək lazımdır ki, hadisə sərhədçilərimiz Rusiya sülhməramlı kontingentinin hərbçiləri ilə addımladığı zaman baş verir.
İkincisi isə peyk görüntüsü də sübut edir ki, Azərbaycan hərbçiləri heç bir pozucu hərəkətə yol verməyib.
Videogörüntülərdən o da məlum olur ki, Ermənistan tərəfi yalnız Azərbaycan hərbçilərini hədəfə almayıb, həmçinin rusiyalılara da atəş açır.
Həmin görüntüləri təqdim edirik:

Qeyd edək ki, düşmən atəşi nəticəsində Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbçisi yaralanıb. Onun vəziyyəti stabil qiymətləndirilir.
Hazırda vəziyyət bölmələrimizin nəzarətindədir, atışmalardan sonra erməni hərbçilər postlarını tərk ediblər.
Son məlumata görə, "Laçın" postunda hərəkət dayandırılıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ