Türkiyəli məktəblilər Şuşada
Tarix: 9-06-2023, 20:43
Baxılıb: 174
Google+ Paylaş
Tumblr Paylaş

Türkiyəli məktəblilər Şuşada

9-06-2023, 20:43

Türkiyə Respublikasının Ankara şəhərinin ümumi təhsil müəssisələrinin şagird və müəllimləri, həmçinin Milli Təhsil Nazirliyinin əməkdaşlarından ibarət nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.
Elm və Təhsil Nazirliyindən reportyor.org-a bildirilib ki, nümayəndə heyəti Şuşa şəhərinə səfər edib. Səfər çərçivəsində Şuşa şəhərinin tarixi-memarlıq abidələri, o cümlədən Bülbülün ev-muzeyi, Yuxarı Gövhər Ağa məscidi, Molla Pənah Vaqifin məqbərəsi, Şuşa qalası və Cıdır düzü ziyarət edilib.
Qonaqlara Türk dünyasının mədəniyyəti paytaxtı elan edilmiş Şuşa şəhərində aparılan quruculuq işləri, o cümlədən təhsil müəssisələrinin tikintisi haqqında ətraflı məlumat verilib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ