Erməni həmkarı Hakan Fidanı təbrik etdi
Tarix: 8-06-2023, 01:20
Baxılıb: 140
Google+ Paylaş
Tumblr Paylaş

Erməni həmkarı Hakan Fidanı təbrik etdi

8-06-2023, 01:20

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan türkiyəli həmkarı Hakan Fidan ilə telefon danışığında iki ölkə arasında münasibətlərin tam normallaşması istiqamətində işi davam etdirməyə hazır olduğunu bildirib.
reportyor.org xəbər verir ki, bu barədə çərşənbə günü Ermənistan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
“İyunun 7-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyənin yeni təyin olunmuş xarici işlər naziri Hakan Fidan ilə telefon danışığı aparıb. Mirzoyan Fidanı Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib. Həmsöhbətlər Ermənistan və Türkiyə arasında münasibətlərin tam normallaşması istiqamətində işi davam etdirməyə hazır olduqlarını bildiriblər”, - məlumatda deyilir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ