Ərdoğana güvən: Seçkidən sonra ruslar Türkiyədə daha çox mənzil alır
Tarix: 3-06-2023, 15:06
Baxılıb: 152
Google+ Paylaş
Tumblr Paylaş

Ərdoğana güvən: Seçkidən sonra ruslar Türkiyədə daha çox mənzil alır

3-06-2023, 15:06

Türkiyədə prezident seçkilərinin nəticələrinin açıqlanmasından sonra rusların ölkədə daşınmaz əmlaka olan tələbatı həftə ərzində 20-50% artıb.
reportyor.org xəbər verir ki, bu barədə “Kommersant” nəşri yazır.
Türkiyə rəsmilərinin məlumatına görə, aprel ayında ruslar Türkiyədə 817 yaşayış obyekti alıblar ki, bu da mart ayı ilə müqayisədə 30%, 2022-ci ilin aprel ayı ilə müqayisədə isə 29% azdır.
Rəcəb Tayyib Ərdoğanın seçkilərdə qalib gəlməsindən sonra yerli daşınmaz əmlak şirkətlərinin mövcud müştəriləri də daxil olmaqla tələblər bərpa olunmağa başlayıb.
Qəzetə müsahibə verən ekspertlər xüsusilə yüksək büdcəli müştərilərin Türkiyədə daşınmaz əmlaka maraq göstərməyə başladığını bildiriblər. Həftə ərzində sorğuların median büdcəsi 48% artaraq lot üzrə 145.000 avro təşkil edib. Bundan əlavə, İstanbulda 390-465 min avroluq çeklə daşınmaz əmlak almaq istəyənlərin sayı artıb. Mütəxəssislər yayda rusların Türkiyədə daşınmaz əmlaka tələbatının sabit olacağını etiraf ediblər.
Ekspertlər izah ediblər ki, prezident seçkilərinin nəticələri elan olunmazdan əvvəl rusiyalılar qeyri-müəyyənlik vəziyyətində olublar və prezidentliyə namizədlərin bəzi açıqlamaları onları çaşdırıb. Məsələn, Kamal Kılıçdaroğlu Türkiyə pasportlarının xarici investorlara verilməsinin dayandırılması planlarından danışıb. O, həmçinin anti-Rusiya sanksiyalarına dəstək vermək istəyib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ