Heydər Əliyev ölkədəki gərginliyin və vətəndaş müharibəsinin qarşısını aldı
Tarix: 3-06-2023, 15:05
Baxılıb: 194
Google+ Paylaş
Tumblr Paylaş

Heydər Əliyev ölkədəki gərginliyin və vətəndaş müharibəsinin qarşısını aldı

3-06-2023, 15:05

Bu gün 1993-cü il 4 iyun Gəncə qiyamından 30 il ötür.
Milli Məclisin deputatı Ceyhun Məmmədov reportyor.org-a açıqlamasında bildiridi ki, bu mövzuya toxunarkən həmin dövrdə ölkədəki vəziyyətə nəzər salmalıyıq.
“Həmin dövrdə Azərbaycanda vəziyyət o qədər də ürəkaçan deyildi. Ölkə bir tərəfdən də vətəndaş müharibəsinə doğru irəliləyirdi. İctimai-siyasi vəziyyət də gərgin idi”.
Millət vəkili qeyd edib ki, sözügedən dövrdə hakimiyyətdə olan AXC və Müsavat cütlüyü ölkəni idarə edə bilmirdi:
“Sürət Hüseynovun dəstəsi ilə artıq qarşıdurma başlamışdı. Bir tərəfdən də torpaqlarımız ard-arda işğal olunurdu.
Hesab edirəm ki, həmin dövrdə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi bu cür proseslərin inkişafını və vətəndaş müharibəsinin qarşısını aldı. Müstəqil Azərbaycan tarixinin ən gərgin və ağır dövrlərindən biri kimi xarakterizə edə bilərik. Bu hadisələrdən sonra Azərbaycan yeni mərhələyə qədəm qoydu”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ