Paşinyanın oğlunun oğurlanmasına görə bir nəfər TUTULDU - VİDEO
Tarix: 17-05-2023, 23:13
Baxılıb: 315
Google+ Paylaş
Tumblr Paylaş

Paşinyanın oğlunun oğurlanmasına görə bir nəfər TUTULDU - VİDEO

17-05-2023, 23:13

Ermənistan İstintaq Komitəsi Baş nazir Nikol Paşinyanın oğlu Aşot Paşinyanın oğurlanması ilə bağlı bir nəfəri saxlayıb.
reportyor.org modern.az-a istinadən xəbər verir ki, hadisə ilə əlaqədar müharibədə ölən erməni hərbçinin anası tutulub.
İstintaq Komitəsi insidentə görə (adam oğurluğu maddəsi) cinayət işi açıb.
Aşot Paşinyanı oğurlamaqda ittiham edilən “Oğulların çağırışı” adlı qeyri-hökumət təşkilatı hadisə ilə bağlı məlumat yayıb. Təşkilatın üzvü, 44 günlük müharibədə ölən erməni hərbçisinin atası Qarik Qaleyan adam oğurluğu cəhdinin olmadığını bildirib. Onun sözlərinə görə, müharibədə ölən digər hərbçilərin valideynləri ilə hərəkətdə olarkən küçədə Paşinyanın oğlunu görüblər.
Erməni hərbçilərdən birinin anası ona Yerablur hərbi panteonuna getməyi, "atası və anasının nə etdiyini" görməyi təklif edib. "Aşot Paşinyan özü maşına minib, ona heç kim toxunmayıb", - Qaleyan deyib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ