Sabirabadda səkkiz yaşlı uşaq qətlə yetirilib? - VİDEO/YENİLƏNDİ
Tarix: 29-03-2023, 22:43
Baxılıb: 309
Google+ Paylaş
Tumblr Paylaş

Sabirabadda səkkiz yaşlı uşaq qətlə yetirilib? - VİDEO/YENİLƏNDİ

29-03-2023, 22:43

Sabirabadda meyiti tapılan 8 yaşlı uşağın əmisi danışıb.
reportyor.org xəbər verir ki, Səyyub Cəfərov qeyd edib ki, 2015-ci il təvəllüdlü Cəfərov Siyasət meyiti tapılan gün saat 13:00-a qədər məktəbdə olub.
“Daha sonra əmim gilə oynamaq üçün gəlib. Əmim heyvanları otlamağa aparanda, uşağın yolun qırağında uzandığını görüb. İlk öncə uzandığını düşünüb, daha sonra öldüyünü anlayıb. Heç bir xəstəliyi olmayıb. Bugünədək dərman belə içməyib. Bizim heç kimlə düşmənçiliyimiz yoxdur. Sadəcə öyrənmək istəyirəm, bəlkə kimsə düşmənçilik etmək istəyir”, - deyə S.Cəfərov qeyd edib.
Daha ətraflı "Baku" TV-nin süjetində:
xxx
21:48 - 29.03.23
Sabirabadda 8 yaşlı uşağın meyiti tapılıb.
reportyor.org xəbər verir ki, hadisə rayonun Məmişlər kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 2015-ci il təvəllüdlü Cəfərov Siyasət Əlisəfa oğlunun meyiti yol kənarında aşkar edilib. Azyaşlının naməlum avtomobil tərəfindən vurulduğu ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ