Monteneqroda prezident seçkilərinin ikinci turu keçiriləcək
Tarix: 20-03-2023, 13:51
Baxılıb: 241
Google+ Paylaş
Tumblr Paylaş

Monteneqroda prezident seçkilərinin ikinci turu keçiriləcək

20-03-2023, 13:51

Monteneqroda martın 19-da keçirilən növbəti prezident seçkilərində namizədlərdən heç biri mütləq səs çoxluğunu əldə edə bilməyib.
reportyor.org xəbər verir ki, seçkidə seçici fəallığı 63 faizi ötüb, indiyədək səslərin 99 faizdən çoxu sayılıb.
Ölkənin 8-ci prezidenti olmaq uğrunda yarışan yeddi namizəddən ikisi - səslərin 35 faizini toplayan hazırki Prezident, Monteneqro Sosialistlər Demokratik Partiyasının sədri Milo Cukanoviç və 29 faizdən çox səs yığan Avropa Hərəkatının rəhbəri Yakov Milatoviç seçkinin ikinci turunda mübarizə aparacaqlar.
Səsvermədə ikinci tur aprelin 2-də keçiriləcək.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ