Lavrov: "Azərbaycanla mədəni əlaqələrin inkişafında maraqlıyıq"
Tarix: 27-02-2023, 22:53
Baxılıb: 209
Google+ Paylaş
Tumblr Paylaş

Lavrov: "Azərbaycanla mədəni əlaqələrin inkişafında maraqlıyıq"

27-02-2023, 22:53

"Azərbaycanla mədəni əlaqələrin inkişafında maraqlıyıq".
reportyor.org xəbər verir ki, bunu Bakıda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.
"Əlbəttə, biz mədəni əlaqələrin inkişafında maraqlıyıq. Bizim əlamətdar günlərimiz az deyil. Ötən il diplomatik münasibətlərin 30 illiyini, bu il müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin birinci ildönümünü qeyd etdik. Yazda biz Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100 illiyini qeyd edəcəyik. Bizdə azərbaycanlı dostlarımızla birgə silsilə tədbirlər planlaşdırılır. Əminəm ki, həmin tədbirlər vətəndaşlarımızın bir-birinə, tarixə və bu ortaq tariximizin indiyə qədər davam edən, ölkələrimiz arasında dostluq, ailəvi və qohumluq əlaqələrini saxlamağa kömək edən səhifələrinə qarşılıqlı marağı nümayiş etdirəcək", - Lavrov əlavə edib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ