Rusiyada daha bir hərbi təyyarə qəzaya uğradı
Tarix: 23-02-2023, 14:09
Baxılıb: 255
Google+ Paylaş
Tumblr Paylaş

Rusiyada daha bir hərbi təyyarə qəzaya uğradı

23-02-2023, 14:09

Rusiya Müdafiə Nazirliyinin təyyarəsi Belqorod vilayətinin Valuysk rayonunda qəzaya uğrayıb.
reportyor.org xəbər verir ki, bu barədə özünün "Telegram-kanal"ında regionun qubernatoru Vyaçeslav Qladkov bildirib.
“Müdafiə Nazirliyinin təyyarəsi Valuysk şəhər dairəsində qəzaya uğrayıb. Hazırda hadisə yerində istintaq qrupu və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları işləyir ”, - deyə o yazıb.
Qladkovun sözlərinə görə, hadisənin səbəbləri araşdırılır, vəziyyət nəzarət altındadır.
Güc strukturları TASS-a bildiriblər ki, SU-24-ün pilotu katapult etməyə nail olub.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ