""Heydər Əliyev İli" həm də dövlətçilik yaddaşımızın təzələnməsi ili olacaq" - deputat
Tarix: 10-01-2023, 10:28
Baxılıb: 313
Google+ Paylaş
Tumblr Paylaş

""Heydər Əliyev İli" həm də dövlətçilik yaddaşımızın təzələnməsi ili olacaq" - deputat

10-01-2023, 10:28

Hikmət Babaoğlu: “Böyük Öndərin miras qoyduğu bütün digər dəyərlərlə bərabər azərbaycançılıq ideologiyasının da öyrənilməsi və təbliğ edilməsi aktual olacaq”

2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan olunub. Noyabrın 28-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2023-cü ilin ”Heydər Əliyev İli" elan edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli 3494 nömrəli Sərəncamına uyğun olaraq “Azərbaycan Respublikasında 2023-cü ilin ”Heydər Əliyev İli" elan edilməsi ilə bağlı Tədbirlər Planı"nı təsdiq edib. Bu barədə Prezidentin verdiyi sərəncamda bildirilir ki, Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti Azərbaycan Respublikası Prezidentinin Administrasiyası həyata keçirsin. Sərəncamdan irəli gələn məsələlərin həlli Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılıb.
Prezident sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planında 2023-cü il ərzində çoxsaylı tədbirlərin həyata keçirilməsinin təşkili əksini tapıb.
“Heydər Əliyev İli” ilə bağlı yerli və beynəlxalq, əhəmiyyətli forum, konfrans, simpozium, dəyirmi masa və seminarların keçirilməsi;
Yerli və xarici mediada Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən veriliş, sənədli film və videoçarxların nümayiş etdirilməsi, müsahibə və məqalələrin dərc edilməsi; Azərbaycan Respublikasının şəhər və rayonlarında elm və mədəniyyət xadimlərinin, tanınmış ziyalıların iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirlər keçirilməsi;
Azərbaycan Respublikasının şəhər və rayonlarında “Heydər Əliyev İli”nə həsr olunmuş müxtəlif müsabiqələrin, sərgi, festival və düşərgələrin, konsert və tamaşaların təşkili;
Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri tərəfindən “Heydər Əliyev İli” ilə bağlı tədbirlər keçirilməsi;
Azərbaycan diaspor təşkilatları, koordinasiya şuraları, Azərbaycan Evləri və həftəsonu məktəblərində “Heydər Əliyev İli”nə həsr olunmuş tədbirlər keçirilməsi; Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatlarda “Heydər Əliyev İli” ilə əlaqədar tədbirlərin təşkili;
“Heydər Əliyev İli” çərçivəsində idman yarışlarının və beynəlxalq turnirlərin təşkili; 
Heydər Əliyev İli” ilə əlaqədar ölkə ərazisində müvafiq poster və bannerlərin yerləşdirilməsi, rəqəmli bilbordlarda və monitorlarda videoçarxların nümayiş etdirilməsi;
Ulu Öndərin irsinə həsr olunmuş əsərlərin, kitabların və monoqrafiyaların nəşri. Ali təhsildə yüksək akademik göstəriciləri olan tələbələr üçün “Heydər Əliyev təqaüdü”nün təsis edilməsi; Təhsil müəssisələrində “Heydər Əliyev dərsləri”nin keçirilməsi;
“Heydər Əliyev İli” çərçivəsində sosial dəstək tədbirlərinin və xeyriyyə aksiyalarının keçirilməsi;
Azərbaycan Respublikasının şəhər və rayonlarında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyalarının keçirilməsi və abadlıq işlərinin aparılması;
Azərbaycan Respublikasının “Heydər Əliyev - 100" yubiley medalının təsis edilməsi;
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş poçt markalarının və xatirə nişanlarının buraxılması;
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş qızıl sikkələrin hazırlanması;
Heydər Əliyev Mükafatının təqdimat mərasiminin keçirilməsi;
Tədbirlər Planında nəzərdə tutulan bütün bu işlərin təşkili müvafiq dövlət, hökumət orqanlarına tapşırılıb, həmçinin bəziləri Milli Məclisə, Mərkəzi Banka tövsiyə olunub.
Göründüyü kimi, çox böyük, çoxşaxəli tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Bu tədbirlərin böyük əksəriyyəti şübhəsiz ki, Heydər Əliyev irsi, bu irsin ən parlaq istiqamətlərindən biri olan azərbaycançılıq ideologiyasının təbliği, tədqiqini özündə ehtiva edir. Bu tədbirlər 2023-cü ildə dahi lider Heydər Əliyev irsinin, azərbaycançılıq ideologiyasının daha böyük arealda, daha sistemli formada təbliği üçün xüsusi imkanlar yaradacaq.
Hikmət Babaoğlu: “AXC-Müsavat cütlüyü BMT Təhlükəsizlik Şurasının 5 üzvünə  qarşı ərazi iddiası irəli sürmüşdü”
Hikmət Babaoğlu 
Milli Məclisin deputatı Hikmət Babaoğlu “Yeni Müsavat”a bildirdi ki, Heydər Əliyev Azərbaycan dövlətçilik tarixinin  tamamilə yeni bir mərhələsini yaratmış böyük siyasətçi və tarixi şəxsiyyət olmaqla, həm də ümummilli  ideologiyamız kimi səciyyələndirilə biləcək azərbaycançılıq ideologiyasının müəllifidir: "Bu mənada “Heydər Əliyev İli” təkcə onun yaratdığı böyük siyasi irisi yenidən öyrənib və gənc nəslə öyrədəcəyimiz il kimi deyil, həm də əslində milli dövlətçilik yaddaşımızın təzələnməsi ili olacaq. Hazırkı tarixi mərhələdə bütün dünyada milli-etnik müstəvidə misli görünməmiş bir özünəqayıdış və milli kimliyin yenidən dərkedilməsi prosesi gedir. Bu isə strateji müstəvidə milli və sosial identiklik hadisəsidir. Azərbaycançılıq ideologiyası müstəqillik dövrümüzün ilkin illərində cəmiyyətdaxili parçalanmalara və qarşıdurmalara son qoyan, bizi etnik və regional separatçılıqdan qurtaran universal ideologiyadır. Digər bütün fərqliliklərin fövqündə duran, azərbaycanlı sosial üst kimliyini təyin edən vasitədir. Yəni vətəndaş həmrəyliyi və milli birliyimizin sosial-siyasi düsturudur. Ona görə də "Heydər Əliyev İli"ndə Böyük Öndər Heydər Əliyevin bizə miras qoyduğu bütün digər dəyərlərlə bərabər azərbaycançılıq ideologiyasının da öyrənilməsi və təbliğ edilməsi aktual olacaq. Bu isə nəticə etibarilə milli identikliyin və sosial harmoniyanın davam etdirilməsi baxımından mühüm və vacib məsələdir”.
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Azərbaycançılıq ideyasının təbliği" mövzusunda hazırlanıb. 
Hazırladı: Etibar SEYİDAĞA


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ