İranda küçə döyüşləri: mollalar dinc insanları qətlə yetirir
Tarix: 12-11-2022, 22:06
Baxılıb: 338
Google+ Paylaş
Tumblr Paylaş

İranda küçə döyüşləri: mollalar dinc insanları qətlə yetirir

12-11-2022, 22:06

İranda molla rejiminin əleyhinə etiraz aksiyaları davam edir.

Publika.az xəbər verir ki, Zahidan, Qum, Əhvaz, Hürmüzqan, Kazerun, Rask və digər şəhərlərdən “Diktatora ölüm!”, “Azadlıq!”, “Bəsicə ölüm!”, “Qadın, həyat, azadlıq!” “Bu il başqa ildir, Seyid Əli devrilibdir!” şüarları ilə keçirilən aksiyalarda toqquşmalar qeydə alınıb.

Sistan-Bəlucistan əyaləti:

Zahidanın cümə imamı Mövlana Məhəmməd Osman Qələndərzahi Xaş şəhərində üsyana çağırış etdikdən sonra Zahidanda yerləşən hökumət qüvvələrinin yarısı Xaş şəhərinə göndərilib. Zahidan şəhərində etirazçılar Xameneyinin bannerini ayaqları altına alaraq tapdalayıblar.

Cümə namazından sonra Sistan-Bəluçistan əyalətinin mərkəzi Zahidan və Xaş şəhərlərində etiraz aksiyaları başlayıb. İranın Zahidan şəhərində namaz qılanlar cümə namazından geri dönərkən radikal Bəsici qüvvələrinə qarşı şüar səsləndirib: “Bəsiciyə ölüm!”. Sistan və Bəluçestan əyalətində qəzəbli əhali yarımhərbi və radikal “Bəsic” qüvvələrinin qərargahına hücum edərək oranı dağıdıblar.

Rask şəhərində etnik bəluç etirazçılar ümumxalq qiyamına dəstək verərək “Xameneyiyə ölüm!” şüarının sədaları altında İranın bayrağını yandırıblar. Cəkigor şəhərində etirazçılar təkərlər yandıraraq tranzit yolunu bağlayıblar.

Fars əyaləti:

Kazerun şəhərində gənc etirazçı yarımhərbi və radikal “Bəsic” qərargahına əldəqayırma qumbara atıb.

Şiraz şəhərində İranın molla rejiminə etiraz məqsədilə hicabını başından açan gənc qadın yolun ortası ilə hərəkət edərək “Qadın, həyat, azadlıq!” şüarı səsləndirib, avtomobil sürücüləri və ətrafdakılar da ona dəstək verib.

Hürmüzqan əyaləti:

Kiş adasında 20 yaşlı qız hökumət qüvvələri tərəfindən iki metr məsafədən ov tüfəngi ilə vurulub.

Qərbi Azərbaycan əyaləti:

Sərdəşt şəhərində azadlıqsevər gənclər Bivəran kəndində polis şöbəsinə hücum edərək ələ keçirməyə çalışıblar.

Qum əyaləti:

Qum şəhərində gənclər mollanın əbasının arxa tərəfinə “Təqib olunur. Top, tank, fişfişə, molla gərək rədd ola!” şüarı yazılmış vərəqə yapışdırıblar.

İran İnsan Haqları Təşkilatı yaydığı məlumata görə, 17 sentyabrdan 10 noyabr axşam saatlarına kimi İranda davam edən etiraz nümayişlərində 50-i uşaq olmaqla 330 nəfərin hökumət məmurları tərəfindən öldürülüb. Məlumatda 15092 nəfərin saxlanıldığı, bunlardan 440 nəfərinin tələbə olduğu və onlardan 1954-nün kimliyi və harada saxlanıldığının dəqiqləşdirildiyi qeyd edilib. Həmçinin, bu müddət ərzində 138 şəhərdə etirazçılar İranın idarəetmə sisteminə qarşı nümayişlər həyata keçirib və 137 universitetin tələbələri bu nümayişləri dəstəkləyiblər.

“Ərk” Azərbaycan İnsan Hüquqları Cəmiyyəti etnik bəluçların Tehran hökuməti tərəfindən öldürülməsinin 40 mərasimi ilə bağlı bəyanat yayıb. Qurum bəyanatda Zahidan şəhərində 108, Xaş şəhərində 16 sünni məzhəbli etnik bəluçun nümayişlər zamanı hökumət qüvvələri tərəfindən öldürülməsini pisləyib.

Molla rejimi isə dinc etieazçılara güc tətbiqindən çəkinmir, hətta buna açıq şəkildə çağırışlar da edilir.

Məhkəmə Sisteminin başçısı Qulamhüseyn Möhsüni Ejei deyib ki, son hadisələrin əsas səbəbkarlarını təqib edib cəzalandıracaq, onlara qarşı sərt tədbirlər görəcəklər.

Hökumətin nümayəndəsi Əli Bahaduri Cahromi Televiziya və Radio Universitetinin tələbələri ilə görüşündə polis qüvvələrinin “bu hökumətdən” atəş açmaq icazəsinin olmadığını iddia edib və eyni zamanda hədələyib: “Əks halda, polis qüvvələrinin döyüş güllərinin atması su içmək kimi olardı!”. Onun bu sözləri sosial şəbəkələrdə tənqdilərə səbəb olub.

Etirazlar səngimə bilmir, molla rejimi də dinc insanları qətlə yetirməkdən çəkinmir.
Reportyor.tv


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ